İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın yanvar sayında, qeyri-neft sektoru üzrə 2024-cü ilin yanvar ayında həyata keçirilən ixracla bağlı qeyri-dövlət (özəl) ixracatçı subyektlərin reytinqi də yer alır.
FED.az xəbər verir ki, indiyədək həmin siyahıda Şirinov Elvin Valeh oğlu yer alırdı və o bütün şirkətləri gerdiə qoyaraq birinci pillədə olurdu.
Qqeyri-neft məhsullarının ilk 10 özəl ixracatçısı siyahısında fiziki şəxs Muradova Sahibə Səlimət qızı da yer alır.
Muradova Sahibə Səlimət qızı 3.3 milyon dollarlıq ixracla ilə 2024-cü ilin yanvar ayında həmin siyahıda 3-cü yeri tutub.
2023-cü ilin eyni dövründə isə ixracı olmayıb.