2024-cü ilin yanvar-may aylarında Azərbaycanda 1 809,8 min dkl pivə istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 65,4 min dkl və ya 3,7% artıb.
Ötən ilin yanvar-may aylarında 1 744,4 min dkl pivə istehsal edilmişdi.
2024-cü ilin iyun ayının 1-nə hazır məhsul istehsalı 252,8 min dkl təşkil edib.
Hazır məhsul ehtiyatı 73,5 min dkl, yəni 22,5% azalıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 326,3 min dkl olub.