2019-cu il mayın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5140,8 min nəfər olmuş, onlardan 4887,1 min nəfərini məşğul əhali təşkil etmişdir.
Cari il aprelin 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1580,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 896,2 min nəfər, qeyri-dövlət sektorunda isə 684,6 min nəfərtəşkil etmişdir. Ötən ilin müvafiq dövründə isə muzdla işləyənlərin sayı 1532,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 888,9 min nəfər, qeyri-dövlət sektorunda isə 643,4 min nəfər təşkil etmişdir.
Dövlət sektorunda ən çox işləyənlər 324,6 min nəfər olmaqla təhsil sahəsində, qeyri-dövlət sektorunda isə ən çox işləyənlər 289,4 min nəfər olmaqla ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində üstünlük təşkil edirlər.