FED.az xəbər verir ki, Azərbaycanda Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) İdarə Heyətinin Sədri Fərid Novruzi ölkəmizdə “outlet” ticarətinin inkişaf etdirilməsini təklif edir.
Eləcə də bax: Sahibkarlar “Baku Shoping Festival”ın keçirilməsini - TƏKLİF EDİR
Onun sözlərinə görə, “outlet”, çoxunun düşündüyü kimi, brendlər tərəfindən satılmayan və köhnə fəsil (sezon) malları deyil.
Onun sözləriə görə, hazırda Assosiasiya üzvləri ilə “outlet” sektorunun inkişafına dair müzakirələr aparılır. Müzakirələrin nəticəsi olaraq, müvafiq dövlət qurumlarına təkliflərin hazırlanması və təqdim edilməsi nəzərdə tutulur.
1930-cu ildə Amerikada ortaya çıxan “outlet” termini keyfiyyətli markaların məhsullarını ucuz qiymətə almaq fürsəti yaratdığı üçün tezliklə dünyaya yayılmağa başladı. Outlet məhsullar anlayışına: vitrində istifadə edilmiş, fabrikdən birbaşa satılan, istehsal artığı, geri qaytarılmış, endirimli və ya limitli sayda stokda qalan məhsullar daxildir. İlk vaxtlar şirkətlər bu tip məhsullarını öz işçilərinə satırdı, sonradan isə qısa müddətdə müştərilər də hədəf kütləyə çevrildi.Outlet mağazalar həm də nəhəng brendlər üçün məhsullarını satmaq adına gözəl fürsətdir.