"SOA Leasing" MMC (VÖEN: 2008623241) ləğv olunduğunu elan edir.
FED.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 37 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, lizinq şirkəti 14 iyun 2024-cü ildə dövlət qeydiyyatına alınıb, 136 min manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Ruslan Alıyev Nizami oğludur.