Azərbaycanda son 1 bir ildə elektron ticarətin həcmində kəskin artım baş verib.
FED.az xəbər verir ki, 2025-ci ilin ilk 9 ayında ölkə üzrə pərakəndə ticarət dövriyyəsi vergi daxil olmaqla 13 milyard 445 milyon manat təşkil edib. Bunun 4,76 milyaprd manatı 3-cü rübün, yəni son 3 ayın (iyul-avqust-sentyabr) payına düşür.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsində 1,45 milyard manat və ya 12% artım var.
Pərakəndə ticarətin 3-də biri ərzaq malları, içkilər və siqaretin payına düşür.
Belə ki, bu ilin ilk 9 ayında ərzaq malları, içkilər və siqaretlər üzrə pərakəndə ticarət dövriyyəsi 4 milyard 380 milyon manat olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu mallara xərclənən vəsaitlər 686 milyon manat və ya 18,6% artıb.
Amma pərakəndə ticarət sahəsində ən böyük artım elektron ticarətdə baş verib. İlk 9 ayda elektron ticarət dövriyyəsi 170 milyon manat olub. Bu əvvəlki ilin eyni dövrinə nisbətən 75 milyon manat və ya 80% artıb. Xatırladaq ki, ötən ilin ilk 9 ayında elektron ticarət dövriyyəsi 95 milyon manat olmuşdu.
Son bir ildə POS terminallar üzrə dövriyyə isə təqriböən 1 milyard manat artaraq 4 milyard 432 milyon manata çatıb. Ötən ilin eyni dövründə POS terminallardan 3 milyard 589 milyon manat olmuşdu.











