Azərbaycanda MTK müflis elan edilir.
FED.az xəbər verir ki, söhbət "Pərvin İnşaat" MTK-dan gedir.
Ərizəçi (borclu) " MTK-nın müflis elan edilməsi barədə ərizəsinə dair e-2-2(113)-2551/2025 №-li iş üzrə məhkəmənin hazırlıq iclası Bakı Kommersiya Məhkəməsində 28.02.2025-ci ildə saat 11:50-də hakim Kənan Hüseynovun sədrliyi ilə keçirəcək (iclas zalı 14).
Qeyd edək ki, bundan əvvəl Pərvin İnşaat MTK (VÖEN: 1300463881) ləğv olunduğunu elan etmişdi.
Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, ev 6, mənzil 165. ünvanıdır.