Azərbaycanda Monqolustandan gətirilmiş günəbaxan tumlarının satışı başlayıb.
FED.az xəbər verir ki, «Kinq» adı ilə satılan tumların idxalçısı «Kinq 2020» şirkətidir. Şirkətin direktor müavini Abdulla Ağayev bildirib ki, şirkət ölkəyə idxal etmək üçün bir neçə ölkədən tum növləri ilə maraqlanıb: «Başqa ölkələrdəki tum növləri ilə də maraqlandıq. Amma bu ən yaxşısıdır»
Eləcə də bax:Avropada əhalisi ərzağa - ƏN ÇOX PUL XƏRCLƏYƏN – 10 ÖLKƏ – AZƏRBAYCANIN YERİ
Monqol tumlarının 100 qramlıq paketi Bakıdakı mağazalarda 1,8 manata satılır.
A.Ağayev bildirib ki, bu tumlar premium məhsuldur və demək olar ki, xarab olmur: «Sırf günəbaxan tumudur, qatqısızdır və dənələri iridir. Qabında öz dərmanı var və onun sayəsində məhsul rütubət çəkmir. Saxlanma zamanı xarab olmasın deyə izolasiya olunmuş qablarda istehsal olunur. Vakuum şəklində gətirilir. Heç bir halda xarab olma ehtimalı yoxdur. Adi tumların qablaşdırmasını açan kimi istifadə etmək lazımdır, çünki yumşalır dadı dəyişir. Amma bunlar elə deyil. Gün ərzində hətta birini belə götürüb, sonra qabın «zamok»unu bağlamaqla tumu saxlaya bilərsiniz. Monqol tumları 4 növdür fındıqlı, şirin, ədviyytalı və sadə. Artıq 3 aydır ki, bu məhsulu satırıq»-deyə şirkətin rəsmisi bildirib.
Eləcə də bax:“Broyler toyuğu alanda böyüyünü alın” - MÜSAHİBƏ
Abdulla Ağyevin sözlərinə görə, tumun alıcıları artır: «Əvvəllər tum məhəllə məhsulu sayılırdısa, indi hər yerdə yeyilir. Restoranda publarda , çayxanalarda tum sifariş edilir, pivə ilə də istifadə edilir».