Azərbaycanın biznes strukturlarından olan «Huner Group» şirkətlər qrupu əməkdaşlarının əmək haqqını artırıb.
FED.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Ehtiram Quliyev məlumat verib.
«Huner Group əməkdaşlarının nəzərinə!
Cənab Prezident bu yaxınlarda imzaladığı sərəncamla minimum aylıq əmək haqqını 1 yanvar 2023-cü ildən artıraraq 300 manatdan 345 manata çatdırıb. Biz də bir özəl təşkilat olaraq dövlətimizin siyasətinə səs verdik və Huner Group-un tərkibində olan müəssisələrdə çalışan bütün əməkdaşlarımızın əmək haqqını 10 % artırırıq!
İnşallah gələn hər yeni il dövlətimizə və millətimizə bir-birindən daha uğurlu olacaqdır!»-deyə şirkət rəhbəri bildirib.
Başqa sözlə, əmək haqqının artımı təkcə minimum əmək haqqı ilə məhdudlaşmayacaq, bütün əməkdaşların maaşında 10% artım olacaq.
Qeyd edək ki, maaş artımı Huner Groupun baş ofisi və qrupa daxil olan şirkətlərdə «Premium Medical Assistance», «Darçın» aptekləri, «Tamam A» şirkətlərində çalışan təqribən 500 nəfərə aid olacaq.