Sentyabr ayının 30-da “Azinteroil”MMC-nin təsisçilərinin ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, bu barədə şirkətin müdiriyyəti məlumat yayıb.
Bununla əlaqədar olaraq şirkətin təsisçilərinə mətbuat vasitəsilə müracitə edilərək onlar iclasa dəvət olunublar.
Xatırladaq ki, “Azinteroil”MMC-nin təsisçiləri Əliyev İlqar Aqil oğlu, Məmmədov İlham Almas oğlu və Şahbazov Şahbaz Qara oğludur.
Müraciət isə bu təsisçilərdən iki si- Əliyev İlqar və Məmmədov İlham, eləcə də investor olaraq Riyad Əliyev (Əliyev İlqarın oğlu) tərəfindən edilib.
Elanda bildirilir:
“Azinteroil”MMC-nin təsisçiləri
Əliyev İlqar Aqil oğluna
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi ev 138, mənzil 9.
Məmmədov İlham Almas oğluna
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi ev 187, mənzil 30.
Şahbazov Şahbaz Qara oğluna
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi ev 48A.
Bildiririk ki, siz “Azinteroil” MMC-nin təsisçiləri Əliyev İlqar Aqil oğlu və Məmmədov İlham Almas oğlunun, eləcə də investor Əliyev Riyad İlqar oğlunun müraciətləri əsasında “Azinteroil” MMC-nin nizamnaməsinin 9.1-ci bəndini rəhbər tutaraq, 30 sentyabr 2022-ci il saat 17.00-da Bakı şəhəri, Moskva prospekti 1058 nömrəli ünvanda keçiriləcək təsisçilərin ümumi yığıncağına dəvət edilirsiniz.
“Azinteroil” MMC-nin müdiriyyəti