“Bizim Market” mağazalar şəbəkəsinə yeni marketinq meneceri rəhbəri vəzifəsinə təyinat olub.
FED.az xəbər verir ki, bu şəxs Pərviz Əzimovdur. O eyni vaxtda iki şirkətin marektinq departamentinə rəhbərlik edəcək. Belə ki, Pərviz Əzimov həmçinin “Novas home” şirkətində marketinq departamentinin rəhbəridir.
Eləcə də bax:Qeyri-ərzaq məhsullarını hansı supermarketlərdə almaq daha sərfəlidir? – SİYAHI
O ABŞ-da təhsil alıb. Pərviz Əzimov bu vaxta qədər “Embavood”da marketinq direktoru, “Embahome” şirkətində direktor, “Technol” şirkətində marketinq direktoru vəzifələrində çalışıb.