Azərbaycanda məşğulluğa dəstək layihəsinin hazırlanması məqsədilə Dünya Bankının (DB) Sosial Müdafiə və Əmək Departamentinin iqtisadçı-ekspertləri Maddalena Onoratti və Sandor Karaçoni Bakıya gəliblər.
FED.az xəbər verir ki, “Report” bu barədə DB-nin Bakı nümayəndəliyinə istinadən xəbər verir.
Məlumata görə, hazırda texniki detallarının hazırlandığı layihə üzərindəki işlər gələn ilin mart ayına qədər yekunlaşsa, sənədi DB-nin Direktorlar Şurası 2020-ci ilin iyun ayının sonuna qədər təsdiq edəcək.
Maliyyə dəyəri yaxın aylarda müəyyənləşdiriləcək layihə özməşğulluq proqramının səmərəlilik dərəcəsinin və əhatə dairəsinin artırılmasını, Dövlət Məşğulluq Xidmətinin işə düzəltmə xidmətlərini göstərmək potensialının gücləndirilməsini, həmçinin qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsini, peşə təlimi mərkəzlərinin daha səmərəli fəaliyyət göstərməsini nəzərdə tutacaq.