Bu ilin oktyabr ayında Azərbaycanda mənzilərin kirayə haqqı xidməti 149,11 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Beləliklə, aylıq müqayisədə 1,16 (0,8%), illik müqayisədə 15,76 manat (11,8%) manat bahalaşma olub.
Məlumat üçün qeyd edək kİ, ötən ay mənzilərin kirayə haqqı xidməti 147,95 manat, ötən ilin oktyabr ayında isə 133,35 manat olub.