Azərbaycanda mədəniyyət sahəsində biznesin inkişafı və normal, şəffaf fəaliyyət gösərməsi üçün təkliflər açıqlanıb.
Eləcə də bax: Azərbaycanda iş adamları arasına - BIZNES-OYUNU KEÇİRİLİB
FED.az xəbər verir ki, bu təklifləri Mədəniyyət Biznes Forumunda KOBİA rəhbəri Orxan Məmmədov səsləndirib.
Onun sözlərinə görə, ölokədə mədəni biznesin inkişafı üçün aşağıdakı addamların atılması nəzərdə tutulur:
Təklif 1.
Azərbaycanda Yaradıcı və Mədəniyyət Sənayeləri üzrə müqayisəli üstün olduğumuz ənənəvi sahələrdə inkişaf potensialının reallaşdırılması və koordinasiyalı tədbirlərin həyata keçirilməsi məqsədilə adiyyəti dövlət qurumları və özəl sektorun təmsil olunduğu İşçi Qrupunun yaradılması. Bu format çərçivəsində sahənin gələcək inkişafı ilə bağlı təkliflər toplanılmalı, hədəflər müəyyən edilməli, eləcə də bu hədəflərə çatmaq üçün konkret Yol xəritəsi hazırlanmalıdır.
Təklif 2. Azərbaycanda KOB-un inkişafı və təşviq edilməsi məqsədilə çoxsaylı dövlət dəstək mexanizmləri mövcuddur. Bu mexanizmlər vasitəsilə KOB-lara çoxsaylı güzəştlər və imtiyazlar verilir. Yaradıcı və Mədəniyyət Sənayeləri sahəsində çalışan KOB subyektlərinin də belə dəstək mexanizmlərindən faydalanması üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi. Ötən il KOBİA tərəfindən təşkil olunan maarifləndirmə tədbirlərinə 8000-dən çox KOB subyekti cəlb olunmuşdur və bu il ərzində də belə tədbirlər davam etdiriləcəkdir.
Təklif 3. Yaradıcı və Mədəniyyət Sənayeləri sahəsində çalışan KOB subyektlərinin təşkilatlanması və onların assosasiyasının yaradılması. Bu sektorda belə bir təşkilatın yaradılması bir tərəfdən dövlət-özəl diqaloqunun səmərəli aparılmasına, digər tərəfdən bu sahədə biznesin təşviqinə şərait yarada bilər.
Təklif 4. Bu sahədə yeni təşkilati modellərin yaradılmasını, xüsusilə Yaradıcı və Mədəniyyət Sənayeləri üzrə Startap Biznes Mərkəzlərinin, klasterlərin yaradılması və bunun təşviq edilməsi. KOBİA bu proseslərə öz mandatı çərçivəsində dəstək ola bilər.