Bu ilin fevralın 1-nə Azərbaycanın rayonvə şəhərlərinin əhalisi tərəfindən banklara manatla yerləşdirilmiş əmanətlər təxminən 9,8 milyard manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata əsasən Bakı əhalisi tərəfindən manatla 8,3 milyard manatdan çox əmanət yerləşdirilib.
Sumqayıt şəhəri 275,5 milyon manatla 2-ci, Gəncə şəhəri isə 187,2 milyon manatla 3-cüdür.
Abşeron əhalisinin banklarda 150,7 milyon manat, Xaçmaz rayonunda 66,5 milyon manat pulu var.