Aprelin 27-dən Azərbaycanda qızıl və digər bəzək əşyalarının satışı obyektlərinin, eləcə də lombardların fəaliyyətinə icazə veriləcək.
Eləcə də bax: Aprelin 27-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına - QƏRAR VERİLİB
FED.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqlamasında bildirilir.
Məlumata görə, bu qərar qəbul edilərkən koronavirus (COVID-19) virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları nəzərə alınıb.
Report