“Az Logistika” MMC-nin nizamnamə kapitalı (VÖEN:1202338771) 289 min 750 manat azaldılır.
FED.az xəbər verir ki, nizamnamə kapitalının azaldılaraq 5 087 180.30 (beş milyon səksən yeddi min bir yüz səksən manat otuz qəpik) manat olduğunu elan edir.
Buna qədər isə şirkətin nizamnamə kapitalı 5 376 930.30 manat təşkil edirdi.
Qeyd edək ki, “Az Logistika” MMC 11 iyul 2019-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Rəşad Əliyev Xaliq oğludur.
Hüquqi ünvanı Az1044, Bakı Şəhəri, Xəzər rayonu, Şüvəlan ştq ev 743-də yerləşir.