Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qax Peşə Liseyi tərəfindən 223 660 manatın əsassız xərcləndiyi məlum olub.
FED.az xəbər verir ki, Maliyyə Nazirliyinin 01.11.15 – 01.11.18 tarixlərini əhatə edən yoxlamaları nəticəsində dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsinin yoxlanılması zamanı aşkar edilib.
Əsassız xərclənən 223 660 manatın heç bir hissəsi bərpa edilə bilməyib.
İş Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.