Azərbaycanda kuryerlərə verilən ən qeyri-adi çatdırma sifarişləri məlum olub.
- 50-yə yaxın daşıma və kuryer şirkəti üzləşdiyi - PROBLEMLƏRİ AÇIQLAYIB
- “Uber” və “Bolt”un daha 11 sürücüsü narkokuryerlik etdikləri üçün - SAXLANILDI - FOTO
FED.az biznes və maliyyə xəbərləri portalı «Maxim» şirkətinə istinadən xəbər verir ki, Azərbaycan sakinləri kuryerlər vasitəsilə daha çox ən zəruri ərzaqları və malları almağı xahiş edirlər.
Ən populyar ərzaqlar süd, çörək və şəkərdir – onlar həmişə ən uyğunsuz anda bitir.
İkinci yerdə restoran və kafelərdən sifariş edilən yeməklər gəlir. “Maxim” xidməti öz çatdırılma xidməti olmayan yerlərdən yemək sifariş etməkdə yardımçı olur.
Üçüncü yeri benzin tutur. Kuryerlər yanacaqdoldurma məntəqəsinə getməyə yanacağı çatmayan avtomobil sahiblərinin köməyinə yetişirlər. Alınan məhsullar arasında tez-tez çiçəklərə və reseptsiz satılan dərman vasitələrinə də rast gəlinir.
Ən qeyri-adi sifarişlər arasında tutuquşu, qayka açarı, pomidor şitilləri, 50 alma olub. Bir dəfə hətta raket yanacağı alıb gətirməyi xahiş ediblər. Yəqin ki, adam kuryerlərlə zarafatlaşmaqla öz əhval-ruhiyyəsini qaldırmağı qərara alıb.
Şirkətdə çalışan kuryerlər çatdırma sifarişləri ilə bağlı öz maraqlı təcrübələrini bölüşürlər: «Taksi sürücüsü işləyirəm və vaxtaşırı “Alıb gətirəcəyik” sifarişlərini yerinə yetirirəm. Adətən, bu, yetərincə sadə gündəlik tələbatlardır: süd almaq, pitsanı çatdırmaq... Amma bir sifariş heç yadımdan çıxmır. Bir qız ən ucuz tərlik alıb Sahil bulvarına gətirməyi xahiş etdi. Mən ünvana çatanda qız skamyada ayaqyalın oturub gözləyirdi. Sən demə, yeni geyindiyi çəkmələri ayaqlarını elə möhkəm döyüb ki, piyada getmək iqtidarında olmayıb. Bununla belə, dostları ilə birgə başladığı gəzintisini yarımçıq kəsmək istəməyib. Bu səbəbdən, mən standartdan kənar sifarişlə rastlaşanda, həmişə ona yumor hissi ilə yanaşıram: mağazaya özü gedə bilməyən insanın hansı vəziyyətə düşdüyünü necə bilərsən ki,».