"Mikro sahibkarlığa dəstək layihəsi”nə 20 regiondan 100-ə yaxın sahibkar məhsullarını təqdim edir. Həm coğrafi əhatəlik baxımından, həm də geniş məhsul çeşidlərinin satışına dəstək platforması olaraq layihə çox effektiv olacaq".
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov “Virtual Sahibkarlıq Yarmarkası-2020” tədbirinin açılış mərasimində deyib.
O həmçinin bildirib ki, onlayn keçirilən tədbirdə iştirak edənlərin əksəriyyəti qadın sahibkarlarıdır: “Bu isə ölkəmizdə , xüsusilə regionlarda qadın sahibkarların inkişafına dəstək olmaqla yanaşı BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə də xidmət edir. Layihə çərçivəsində iştirakçılara müxtəlif mövzularda təlimlər keçirilib. İllik sərmayə kapitalı da verilib. Bu isə o deməkdir ki, iştirakçılar kiçik biznes üçün ilkin zəruri bilikləri əldə edərək sərmayə ilə təmin edilib. Bu platforma vasitəsilə satışa dəstək göstərilib. Hazırkı pandemiya şəraiti ilə bağlı olaraq "Virtual Sahibkarlıq Yarmarkasının Platforması" səmərəli olacaq. Hesab edirəm ki, platformanın potensialı aktual mövzu gələcək aylarda geniş qiymətləndiriləcək”, - deəy o, qeyd edib.
O.Məmmədov mikro sahibkarlara daxili bazar araşdırması üzrə dəstək göstərə biləcəklərini vurğulayıb: “Bununla yanaşı kiçik və orta biznesin dostu mexanizmi KOBİA-nın başlıca, effektiv dəstək mexanizmlərindən biri kimi təsdiq edib. Ölkənin şəhər və rayonlarında Agentliyin şəbəkəsi fəaliyyət göstərir, bu biznes subyektləri üçün hərtərəfli dəstək həyata keçirir. Agentliyin dəstəyi ilə yaradılması yekunlaşmaq mərhələsində olan "E-commercə" konsepsiyasında fəaliyyət göstərəcək yeni portal mikro və kiçik biznes subyektlərinin məhsul və xidmətlərinin vahid platforma vasitəsilə tanıdılması və onlayn satışının həyata keçirilməsi üçün nəzərdə tutulur. Hədəfimiz isə ölkədə onlayn ticarətin inkişafına dəstək olmaq, xüsusilə KOB-ları onlayn satış imkanlarından istifadəyə təşviq etməkdir. Bu, internet mağaza şəkilində xidmət göstərəcək və sahibkarlara təqdim ediləcək. Hesab edirəm ki, bu platformanın inteqrasiyasını həyata keçirə bilərik".