KOBİA-nın strateji gündəliyində olan mühüm məsələlələrdən biri KOB İnvestisiya Fondunun yaradılması ilə bağlıdır. Bu məqsədlə müvafiq təsis sənədləri hazırlanıb, dövlət qurumları ilə razılaşdırılıb və hökumətə təqdim edilib.
"Azərbaycanda bizneslərin mütləq əksəriyyətini mikro, kiçik və orta sahibkarlıq təşkil edir"
FED.az xəbər verir ki, bu barədə KOBİA İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev deyib.
O bildirib ki, fondun Açıq Səhmdar Cəmiyyəti formasında yaradılması və vəsaitlərinin dövlət büdcəsi ilə bərabər yerli və xarici investorların, habelə özəl sektorun hesabına formalaşdırılması nəzərdə tutulur: “Həmçinin investisiyaların həcminin artırılması məqsədilə əlavə səhmlər, istiqrazlar və digər qiymətli kağızlar buraxmaq, qrantlar, texniki və maliyyə yardımları cəlb etmək səlahiyyəti olacaq. Düşünürük ki, müvafiq ehtiyaclar da nəzərə alınmaqla, fondun fəaliyyətə başlaması KOB subyektlərinin investisiyayönümlü maliyyə resurslarına çıxış imkanının artırılmasına əhəmiyyətli töhfə verə biləcək”. (Azərtac)