Azərbaycanda kartlarla ödənişlərdə 39 faiz, tranzaksiyalarda 40 faiz, umumilikdə isə nağdsız ödənişlərdə 26 faiz artım bas verib.
FED.az xəbər verir ki, bunu Visa İnc in Qafqaz regionu üzrə baş meneceri Kristina Doro bildirib.
Eləcə də bax: Bankomatlardan nağd pulun çıxarılması kəskin artıb - 80 FAİZİNİ TƏŞKİL EDİR
Onun sözlərinə görə, Azərbaycanda son dövr ərzində tranzaksiyaların məbləği azalsa da, sayı artıb. Bu da onu göstərir ki, insanlar artıq kiçik ödənişləri də onlayn, nağdsız edirlər.
Həmçinin Kristina Doros qeyd edib ki, bu gün Azərbaycanda VTS texnologiyası işə düşəcək ki, bu da smartfonlarla ödənişləri bir qədər də təhlükəsiz edəcək.
Qeyd edək ki, ötən illə müqayisədə bu il nağdsız ödənişlər 5.9 faiz artaraq 1.7 milyard manata çatıb.