“Lənkəran Kərpic” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı 14 mart 2024-cü il saat 11.00-da Lənkəran şəhəri, Füzuli küçəsi 77 ünvanında keçiriləcəkdir.
FED.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Cəmiyyətin 2023-cü ilin yekunlarına aid maliyyə-təsərrüfat fəaliyyəti barədə icra orqanının hesabatı;
2. Cəmiyyətin idarəetmə orqanlarının formalaşdırılması
3. Cəmiyyətin balansında olan və istifadəyə yararsız bir sıra əsas vəsaitlərin özgəninkiləşdirilməsi məsələsinin müzakirəsi;
4. Digər məsələlər. Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Əlaqə telefonu: (050)-220-94-93 “Lənkəran Kərpic” ASC-nin icra orqanı