Azərbaycanda böyük şirkətlərdən birinin piarçısı olan Afiq Səfərov moruq biznesinə başlayıb.
FED.az xəbər verir ki, piyarçı Göygöl rayonunun Göyçəkənd, Bənövşəli kəndi ərazisində yetişdirdiyi moruq məhsulunu "Gilənaz" markasıyla satışa çıxarıb.
Afiq Səfərovun sözlərinə görə, məhsulun becərilməsində heç bir kimyəvi dərman və vasitələrdən istifadə olunmayıb.
“Əkin sahəmiz 7 hektar ərazini əhatə edir. Moruqların yetişdirilməsində heç bir kimyəvi preparatdan istifadə edilmir. Bulaq suyu ilə suvarılır. Hətta hərhansı xəstəlik və həşaratlara qarşı olan preparatlardan da istifadə olunmur. Çünki adı çəkilən ərazinin iqlimi elədir ki, bu cür dərmanlardan istifadəyə ehtiyac qalmır”- deyə keçmiş piyarçı bildirib.
“Moruqlar yerli moruq ştilləridir. Bəzi xarici moruq məhsullarının rəf ömrünü uzatmaq üçün geni dəyişdirilir. Amma bizim məhsullarda belə bir şey yoxdur” – deyə Afiq Səfərov bildirib
S. Afiqin sözlərinə görə,məhsulun daşınma qaydaları tam gigiyenikdir və xüsusi soyuducu maşınlarda daşınır. O həmçinin qeyd edib ki, hazırda moruqların satışını reallaşdırmaq üçün Bazarstore və Arazmarketlər şəbəkələri ilə danışıqlar aparılır. Bildirilib ki, moruqların satışına 3 gündür ki, başlanılıb.
“Baxmayaraq ki, 3 ildir ki,moruq plantasiyamız salınıb. Lakin iki il ardıcıl olaraq dolu düşdüyünə görə təsərrüfatımız zərər görüb. Ona görə də bazara məhsul çıxara bilməmişik”-deyə Afiq Səfərov bildirib.
Onun sözlərinə görə, Sovet vaxtında Göygöl rayonu ərazisində olan topxanaların indi olmaması ərazidə yaşayan əkinçilərin təsərrüfatına olduqca böyük ziyan vurur. Həmçinin o qeyd edib ki, moruq sahəsində il boyu günəmuzd 100 -ə yaxın insan çalışır.
“Hazırda gündəlik məhsul yığımı 500 kq -min tondur. Amma hava yaxşı olsa bu artam templə gedəcək. Qeyd edək ki, hazırda moruq istehlakı bütün dünyada adambaşına istehlak olduqca çoxdur. Çünki moruğun tərkibində antioksidantlar var. İnsan sağlamlığına olduqca xeyirlidir” – deyə Afiq Səfərov bildirib
Azərbaycanda keçmiş piarçı - MORUQ BİZNESİNƏ BAŞLAYIB
15:28
4 İyul 2019