"Improtex Group" MMC-yə daxil olan "Improtex Motors" MMC nizamnamə kapitalını azaltdığını elan edib.
Eləcə də bax: “Azersun” Cənubi Qafqazın ən böyük zavoduna yenidən - Maya Qoyur
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Bununla belə, kommersiya qurumu 6 200 manat olan kapitalındakı azalmanın nə qədər olacağını açıqlamayıb.
Xatırladaq ki, "İmprotex Motors" 1997-ci ildə yaradılıb. Şirkət bir sıra məşhur avtomobil markalarının Azərbaycanda rəsmi və eksklüziv idxalçısıdır. Onun daxil olduğu holdinq Azərbaycanın keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Füzuli Ələkbərova məxsusdur. O, nazir işlədiyi müddətdə holdinqə onun həyat yoldaşı - İradə Ələkbərova rəhbərlik edib. (Report)