"Improtex Group" MMC-yə daxil olan "Improtex Trading" MMC ləğv olunaraq holdinqin digər şirkəti - "Improtex Motors" MMC-yə qoşulduğunu elan edib.
Eləcə də bax: Naxçıvan “Şüşə Qablar Zavodu” - Ləğv Edilib
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, sözügedən şirkətlər qrupu Azərbaycanın keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Füzuli Ələkbərova məxsusdur. O, nazir işlədiyi müddətdə holdinqə onun həyat yoldaşı - İradə Ələkbərova rəhbərlik edib. (Report)