Azərbaycanda ixracı artan və azalan malların siyahısı açıqlanıb. FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-iyul aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən bəzilərinin ixracı artıb, digərlərində isə azalma müşahidə edilib.
Eləcə də bax: Azərbaycanda idxalı artan və azalan mallar - SİYAHI
İxracı artan mallar (yanvar-iyul, 2018)
Təzə meyvə - 48,0 faiz,
kartof – 15,5 faiz,
bitki yağları – 23,6 faiz,
təbii üzüm şərabları və üzüm suslosu – 2,0 dəfə,
meyvə və tərəvəz konservləri – 23,5 faiz,
polietilen – 10,9 faiz,
emal olunmamış alüminium – 18,5 faiz,
pambıq lifi – 66,9 faiz,
qara metallardan borular – 10,2 faiz,
pambıq ipliyi – 23,1 faiz artıb.
İxracı azalan mallar (yanvar-iyul, 2018)
Təzə tərəvəz - 1,5 faiz,
şəkər – 44,7 faiz,
meyvə və tərəvəz şirələri – 15,2 faiz,
tütün – 20,1 faiz,
çay – 17,6 faiz,
marqarin, qida üçün yararlı qarışıqlar – 7,8 faiz,
qara metallardan yarımfabrikatlar – 70,9 faiz,
bentonit gili – 3,2 faiz.