Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-avqust aylarında 31,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
FED.az xəbər verir ki, Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,8 faiz, neft sektorunda isə 0,6 faiz artmışdır.
Sənaye məhsulunun 73,0 faizi mədənçıxarma sektorunda, 22,3 faizi emal sektorunda, 4,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda neft hasilatı 0,9 faiz, əmtəəlik qaz hasilatı isə 0,5 faiz artmışdır.
İstehsalı artan mallar(2018-ci il yanvar-avqust)
Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı - 32,0 dəfə,
elektrik avadanlıqlarının istehsalı - 3,0 dəfə,
poliqrafiya məhsullarının istehsalı - 2,8 dəfə,
tütün məmulatlarının istehsalı - 2,6 dəfə,
mebel istehsalı - 2,1 dəfə,
toxuculuq sənayesi məhsullarının istehsalı - 63,0 faiz,
dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı - 54,0 faiz,
tikinti materiallarının istehsalı - 31,7 faiz,
əczaçılıq məhsullarının istehsalı - 20,2 faiz,
hazır metal məmulatlarının istehsalı - 18,2 faiz,
metallurgiya sənayesi məhsullarının istehsalı - 13,4 faiz,
içkilərin istehsalı - 9,3 faiz,
ağacın emalı və ağacdan məmulatların istehsalı - 5,7 faiz,
kimya sənayesi məhsullarının istehsalı - 1,0 faiz,
geyim istehsalı - 0,5 faiz artmış,
İstehsalı azalan mallar (2018-ci il yanvar-avqust)
qida məhsullarının istehsalı - 1,0 faiz,
maşın və avadanlıqların quraşdırılması və təmiri işləri, kompüter, elektron və optik məhsulların, rezin və plastik kütlə məmulatlarının hər birinin istehsalı - 9,6 faiz,
maşın və avadanlıqların istehsalı - 16,0 faiz,
sair nəqliyyat vasitələrinin istehsalı isə 61,7 faiz
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 4,7 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,4 faiz artmışdır.