Tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 4,2% artaraq 580,5 milyon manat təşkil edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, tikinti kərpicinin istehsalı 40,8%, tikinti əhənginin istehsalı 51,8%, hörmə üçün hazır beton qarışığının istehsalı 22,1% artıb, sementin istehsalı 1,2%, betondan yığma tikinti konstruksiyalarının istehsalı 2 dəfə (57,4%), tikinti gipsinin istehsalı 4 dəfə (76,8%) azalıb.
Bu ilin yanvar sentyabr aylarında istehsal edilən tikinti materialları arasında istehsalın həcminə görə, ən çox anbarda sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpicləri qalıb. Belə ki, bu ilin 9 ayında bu məhsuldan 72,2 min ton istehsal olunduğu halda, anbarda 46,7 min ton qalıb. Tikinti gipsi isə 9,1 min ton istehsal olunduğu halda, anbarda 2,4 min tonu qalıb.