Azərbaycanda qeyri-dövlət sektorunda işləyənlərin sayı ilk dəfə olaraq ölkədə bütün işləyənlərin 50%-nə yaxınlaşıb.
FED.az xəbər verir ki, 2023-cü ilin əvvəlinə olanməlumata görə, qeyri-dövlət sektorunda işləyənlərin sayı bütün işləyənlərin 47%-ni keçib.
Son 5 ildə qeyri-dövlət sektorunda işləyənlərin (rəsmi əmək müqaviləsi ilə ) sayında 200 min nəfərədək artım baş verib.
Belə ki, 2018-ci il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında 1 milyon 521,3 min nəfər çalışıb, bundan 880,1 min nəfəri dövlət sektorunda, 641,2 min nəfəri qeyri-dövlət sektorunda işləyib.
2019-cu il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında 1 milyon 548,9 min nəfər çalışıb, bundan 883,9 min nəfəri dövlət, 665 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.
2020-ci ilin yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında 1 milyon 645,4 min nəfər çalışıb, bunardan 914,5 min nəfər dövlət, 730,9 min nəfər qeyri-dövlə sektorunda çalışıb.
2021-ci ilin yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında 1 milyon 691,8 min nəfər çalışıb, bunlardan 910,8 min nəfər dövlət, 781 min nəfər qeyri-dövlə sektorunda çalışıb.
2022-ci ilin yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında 1 milyon 705,1 min nəfər çalışıb, bunlardan 904,7 min nəfər dövlət, 800,4 min nəfər qeyri-dövlət sektorunda çalışıb.
2023-cü ilin yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında 1 milyon 733,9 min nəfər çalışıb, bunlardan 903,3 min nəfər dövlət, 830,6 min nəfər qeyri-dövlət sektorunda çalışıb.
2023-cü ilin martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında 1 milyon 715,8 min nəfər çalışıb, bunlardan 901 min nəfər dövlət, 814,8 min nəfər qeyri-dövlət sektorunda çalışıb.
İllər |
İqtisadiyyatda işləyənlərin sayı |
||
Ümumi |
Dövlət sektoru |
Qeyri-dövlət sektoru |
|
2018 |
1 521,3 min |
880,1 min |
641,2 min |
|
100% |
57,9% |
42,1% |
|
|
|
|
2019 |
1 548,9 min |
883,9 min |
665,0 min |
|
100% |
57,0% |
43,0% |
|
|
|
|
2020 |
1 645,4 min |
914,5 min |
730,9 min |
|
100% |
55,6% |
44,4% |
|
|
|
|
2021 |
1 691,8 мин |
910,8 min |
781,0 min |
|
100% |
53,8% |
46,2% |
|
|
|
|
2022 |
1 705,1 min |
904,7 min |
800,4 min |
|
100% |
53,0% |
47,0% |
|
|
|
|
2023 |
1 733,9 min |
903,3 min |
830,6 min |
|
100% |
52,0% |
48,0% |
|
|
|
|