Azərbaycanda işəgötürənin məsuliyyətinin sığortası üzrə yığımlar artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 757 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 53 min manat və ya 7,6% çoxdur.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 704 min manat təşkil edib.
Bundan başqa bu növ sığorta üzrə ödənişlər və zərərlilik göstəricisi olmayıb.