Bu gündən Azərbaycanda iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunub.
FED.az-ın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 29-da qərar verib.
Bu gündən aradan qaldırılan məhdudiyyətlər - SİYAHI
Belə ki, 31 may 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində iri ticarət mərkəzləri və "Mall"ların fəaliyyəti nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla bərpa edilib.
"Sədərək" Ticarət Mərkəzi bu qayda ilə işləyəcək - SATICILAR ÜÇÜN YENİ TƏLƏB
Qeyd edək ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.
Xatırladaq ki, bu gündən ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 15 iyun 2020-ci il saat 00:00-dək uzadılıb. Eyni zamanda məhdudiyyətlərin daha bir qismi yumşaldılıb.