Azərbaycan hökuməti ölkədə fəaliyyət göstərən iri şirkətlər kiçik bizneslərə və ailə bizneslərin dəstək verməyə çağırıb. FED.az xəbər verir ki, bu məsələ İqtisadiyyat Nazirliyində keçirilən kollegiyada müzakirə edilib.
Toplantıda dövlət başçının tapşırığına uyğun olaraq, iri biznes qurumlarının sosial məsuliyyətinin artırılması, o cümlədən sahibkarlar arasında kiçik biznesə, ailə biznesinə dəstək göstərilməsinin təşviq olunması məsələsi qaldırılıb. Qərara alınıb ki, bu məsələ ilə bağlı aidiyyəti qurumlarla birlikdə təkliflər hazırlansın və iri şirkətlərlə bu mövzuda görüşlər keçirilsin.
Eləcə də iri şirkətlərlə kiçik sahibkarlar arasında işgüzar əlaqələrin yaradılması üçün nazirliyin qurumlarına konkret tpşırıqlar verilib.
Azərbaycanda iri şirkətlər kiçik biznesə dəstək verməli olacaqlar - TAPŞIRIQ
19:45
12 Fev 2018