Bakıda iri restoranlar şəbəkəsinə malik olan “Azərbaycan Restaurants” MMC şirkətinin (Shafron) rəhbəri dəyişib və sabiq HR direktoru bundan sonra şirkətə rəhbərlik edəcək.
Bu agentliyə yeni mətbuat katibi - TƏYİN EDİLDİ
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Vüqar Quliyev Məhəmməd oğlu şirkətin baş icraçı direktoru təyin edilib. Buna qədər Firuz Süleymanov Efsir oğlu qeyd edilən vəzifədə idi.
V.Quliyev buna qədər “Azərbaycan Restaurants” MMC qrupunun İnsan resursları departamentinin direktoru idi.
Qeyd edilən dəyişiklik eyni ilə qrupa daxail olan “Restaurant Partnershıps” MMC-də də baş verib.
“Azərbaycan Restaurants” MMC 2009-cu ildə təsis edilib. Onun nizamnamə kapitalı 21.58 manat təşkil edir.
“Chinar”, “Movida”, “Hard Rock”, “Paris Bistro”, “Tosca”, “Pasifico”, “Buddha Bar”, “Elektra” və digər restoranlara sahibdir.