1999-cu ildə təsis edilmiş, Azərbaycanda iri istehsal və ticarət şirkətlərindən biri olmuş “Delta Qrup C.O.” MMC-nin fəaliyyətinə xitam verilib.
Azərbaycanda şirkətin səhmləri - DÖVRİYYƏDƏN ÇIXARILDI
FED.az xəbər verir ki, fəaliyyətinə xitam verilən “Delta Qrup C.O.” MMC “Mars Overseas Baku LTD” MMC şirkətinə qoşulub. “Mars Overseas Baku LTD” Azərbaycanda Pepsi içkilərinin istehsalı və satışı ilə məşğul olur.
“DELTA QRUP C.O.” MMC fəaliyyətinə xitam verilərək “MARS OVERSEAS BAKU LTD” MMC-yə qoşulduğunu və “MARS OVERSEAS BAKU LTD” MMC “DELTA QRUP C.O.” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir", -"Mars Overseas Baku Ltd" MMC-nin məlumatında bildirilir.
“DELTA QRUP C.O.” şirkəti “Bismak” markası ilə şirniyyat və un məmulatları, “Çörəkçi” markası ilə çörəklər istehsal edirdi. Həmçinin “Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyət “Anchor”, “Доярушка”, “Ammerlander”, “Gut von Holstein”, “Tibet” kimi brendlərin Azərbaycanda rəsmi distributoru idi.
“DELTA QRUP C.O.” MMC 20 milyon 3 min manat nizamnamə kapitalına malik idi.
06 Fevral 2023-cü il tarixinə olan məlumata görə, -"Mars Overseas Baku Ltd" 17 milyon 621 min 640 manat nizamnamə kapitalına malik olub. (Marja)