Biznes

Azərbaycanda ilk: Yeni işçi götürən sahibkara subsidiya veriləcək – MƏBLƏĞ

Azərbaycanda ilk: Yeni işçi götürən sahibkara subsidiya veriləcək – MƏBLƏĞ | FED.az
10:57 10 Sentyabr 2019

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə Beynəlxalq Əmək Təşkilatının “Gənclərin layiqli məşğulluq imkanlarının genişləndirilməsi” layihəsi çərçivəsində 12 aylıq subsidiya proqramına start verir.

Qurumdan FED.az-a verilən məlumata görə, Proqram iş təcrübəsi olmayan gənclərin məşğulluğunun artırılması, onların əmək bazarında layiqli yer tutmaları, işaxataranlar və işəgötürənlərin təşviq  edilməsi məqsədi daşıyır.

Layihə Bakı şəhərinin 12 rayonunu əhatə edəcək. Layihəyə əsasən işəgötürənlər  və BƏT arasında subsidiya müqaviləsi bağlanılır. Bunun əsasında işə götürülən hər bir gəncin 12 ay ərzində əmək haqqının 50 faizi (vergilər və sosial sığorta haqları daxil olmaqla)  işə götürənlərə subsidiya şəklində veriləcək.

Amma bəzi şərtlər var.

Birincisi, işçiyə öənilən əmək haqqı həmin sektor üzrə respublika üzrə orta aylıq əmək haqqı miqdarına uyğun olmalıdır.

İkincisi, həmin işçi layihədən sonra azı bir il müddətində işləməlidir. Əks halda verilən vəsait geri alınacaq.

Üçüncüsü, bu layihə üçün iş yeri kiminsə işdən çıxarılması sayəsində açılmamalıdır, bu yeni yaradılan iş yeri olmalıdır.

Dördüncüsü, bu müddət ərzində müəssisədə heç bir ixtisar olmamalıdır.

Proqramın sonunda hər rayon üzrə 4 nəfər olmaqla cəmi 48 nəfər işsiz və iş axtaran vətəndaş rəsmi əmək fəaliyyətinə cəlb ediləcək.

Layihəyə işəgötürənlər olaraq iqtisadiyyatın qeyri-neft sektoru sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektləri müraciət edə bilər.

«O da məlumdur ki, hər il Azərbaycanda 100-150 min gənc əmək bazarına daxil olur. Bunu nəzərə alaraq, əhalinin səmərəli məşğulluğunun təmin edilməsi sahəsində aparılan məqsədyönlü  siyasətin davamı kimi bu proqram iş təcrübəsi  olmayan gənclərə yeni bir imkan yaradılır. Həmçinin sahibkarlar bu proqram vasitəsilə işçiyə olan ehtiyacın qarşılanmasında əlavə maliyyə mənbəyi dəstəyi almış olacaq»-deyə qurumdan FED.az-a bildirilib. 

Subsidiya proqramının şərtləri barədə ətraflı məlumat

Proqrama qoşulmaq

Digər xəbərlər