Banner

Biznes

Azərbaycanda ilk dəfə olaraq - “LED” LAMPA İSTEHSALI BAŞLAYIB

Azərbaycanda ilk dəfə olaraq - “LED” LAMPA İSTEHSALI BAŞLAYIB | FED.az
11:50 8 May 2020

Azərbaycanda “LED” lampa istehsalına başlanılıb.

FED.az xəbər verir ki, “LED” lampaları Azərbaycanın tanınmış elektrotexnika məhsulları istehsalçısı olan «ELSMART» hazırlayıb.

«ELSMART» şirkətin təmsilçisi Elşad Hüseynov FED.az-a bildirib ki, “LED” (işıq saçan diodlar) əsasında istehsal olunan işıqlandırma məhsulları, hazırda enerjiyə maksimum qənaət edən, işıqlandırma məhsuludur: ““SMART HOME” MMC olaraq bizim istehsal etdiyimiz məhsullar, “ELSMART” markası ilə bazara təklif olunur. Hazırda çeşidlərimiz “Lampa” tipli və panel tipli “LED” işıqlandırma məhsullarıdır”.

E.Hüseynovun sözlərinə görə, istehsal etdilən lamapaların istehlak etdiyi elektrik gücü 5 vatt - 60 vatt arasındadır: “Lamapalar məişət, ofis, market, metro, tunel, yaşayış binaları, otellər, biznes mərkəzləri, ticarət obyektləri və s. istifadə üçün yararlıdır”.

Şirkət təmsilçisi müəssisənin gündəlik 3 000 ədəd lampa istehsal etmək gücünün olduğunu da deyib: “Yaxın gələcəkde istehsal prosesinin avtomatlaşdırılması hesabına bu miqdarı gündəlik 15 000 ədədə çatdırmağı planlayırıq”.

Elşad Hüseynov məhsulun qiymətlərinin daha münasib olacağını da deyib: “Şirkət əsas diqqəti məhsulun keyfiyyətinə və zəmanətinin uzunmüddətli olmasına fokslayıb”.

 

 

Digər xəbərlər

Banner