Azərbaycanda ilk dəfə 13-14 iyun tarixlərində Qafqaz City Oteldə “Çevik Zəka” (Agile Mindset) təlimi keçirləcək. “Çevik Zəka”- nın prinsipləri dünyanın qabaqcıl şirkətləri arasında biznesin inkişafına yönümlü metodikadır. Sözügedən təlim də məhz həmin metodologiyanın inkişafı və tətbiqi üçün nəzərdə tutulub. Baş tutacaq təlimdə yüksək və orta pillələrdə olan rəhbərlərin iştirakı gözlənilir. Təlim 13 il biznes sahəsində məsləhətçi kimi fəaliyyət göstərən, eyni zamanda 20 il həkim-psixiatr, psixoloq təcrübəsi olan Həlimə Qamarlinskaya tərəfindən, interaktiv şəkildə keçiriləcək. Həlimə Qamarlinskaya biznes sahəsində öz bilik və bacarıqlarını yeni bir trend və mövzu əsasında seminar, tapşırıqlar, açıq diskussiyalar vasitəsilə paylaşacaq. Sonda isə çevik zəkanın inkişafına müsbət təsir göstərən yoqa təlimləri də olacaq.
“Çevik Zəka” təliminin sponsorluğunu “ADMEDİA” reklam agentliyi, Qafqaz otellər şəbəkəsi(QAFQAZ Hotels & Resorts City Baku), “MyBrands”, "Monteleone dry clean boutique" və "LOCCITANE" şirkətləri həyata keçirəcəklər.
“Çevik Zəka”nın iştirakçıları sırasına “DAYAQ” Patronaj Xidməti, “AZFİNANCE” investisiya şirkəti, “Azərkosmos”, “ANDOP” qida və bəslənmə akademiyası, Azercell, Bakcell və Nar mobile mobil operatorları, Azərtelecom, Nikoil Bank, Azerconnect, “EY”(Ernest &Young), “NOVCO” şirkətlər qrupu, SOCAR AQS, LOCCITANE, "Soloha", “BP”, “ASAN” radio, “London school of Azerbaijan” və “PASHA Travel” kimi məşhur xidmət mərkəzləri və şirkətlər daxildir. İştirakçılar əsasən, həmin şirkətlərin rəhbərləri və idarə heyətinin nümayəndələrindən ibarət olacaq.
Qeyd edək ki, bu günə kimi artıq 40 nəfər iştirakçı qismində qeydiyyatdan keçib.
İştirakçıları təlimin sponsorları tərəfindən hədiyyə və sürprizlər gözləyir.
@İqtisadiyyat.az