Banner

Biznes

Azərbaycanda iki şirkət birləşdiyini - ELAN EDİB

Azərbaycanda iki şirkət birləşdiyini - ELAN EDİB | FED.az
14:52 23 Yan 2020

Yanvarın 22-də “Top Texnoloci” MMC və “Modern Texnoloci & İnvestmənts” MMC aktivlərinin birləşdiyini və yeni şirkətin yarandığını elan edib. Məlumatda qeyd olunub ki, yeni şirkət “Top Properties” adlandırılacaq.

Eləcə də bax: Şirkət əmlakının bir hissəsini icarəyə verəcək - SƏHMDARLAR TOPLAŞIR

FED.az xəbər verir ki, hər iki şirkət 2007-ci ilin noyabr ayında təsis edilib. Vergilər Nazirliyinin məlumatına görə, ötən ilin aprel ayında hər iki şirkətin reyestr məlumatlarına dəyişikliklər edilib. Dəyişikliklərin məzmunu barədə məlumat yoxdur. Yalnız o məlumdur ki, əvvəl bu şirkətlərə “Det-Al Holding” şirkətinin nümayəndəsi hüququşunas Sərxan Babayev rəhbərlik edib. Bu şirkət qara metallurgiya və alümin sənayesinin inkişafına dair layihələrin reallaşdırılmasında fəal iştirak edib. Daha sonra bu holdinqin şirkətləri bu layihələrdən uzaqlaşdırıldı. Sarxan Babayev 13 il ərzində bu şirkətlərin nə işlə məşğul olması ilə bağlı məlumat verməyib. 

Turan 

Digər xəbərlər

Banner