Bu ilin yanvar-avqust aylarında Azərbaycandan xaricə ən çox qeyri-neft məhsulu ixrac edən təşkilat və şəxslərin adları açıqlanıb.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın sentyabr buraxılışında bildirilir.
Hesabatda bildirilir ki, ilk 8 ayda ölkədən xaricə ən çox məhsul ixrac edən şirkət “MKT İstehsalat Kommersiya” MMC olub. Şirkət 81 milyon dollarlıq pambıq lifi ixrac edib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 66% artıqdır.
İkinci yeri tutan, qızıl hasilatçısı «Azerbaijan İnternational Minnig Company» şirkəti isə bu dövrdə 69,2 milyon dollarlıq ixrac edib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədəf bu şirkətin ixracı cüzi azalıb.
İxraca bu il başlayan «Local Garden» şirkəti 54 milyon dollarlıq rəqəmlə 3-cü yeri tutur.
Qeyri-neft ixracının həcminə görə sonrakı yerləri “Baku Steel Company” MMC, “P-Aqro” MMC, “Sun Food” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “RAM Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC tutur.
Siyahıda maraqlı məqam ölkənin ən böyük qeyri-neft ixracçıları arasında iki fiziki şəxsin daxil olmasıdır. İcmalda göstərilən məlumata görə, Təyyar Hidayət oğlu Hidayətov və İlqar Südgül oğlu Cəfərov də ən böyük qeyri-neft ixracçılarındandır.
Təyyar Hidayətov bu ilin ilk 8 ayında xaricə 15,6 milyon dollarlıq məhsul ixrac edib. Ötən ilin eyni dövründə onun ixrac göstəricisinin 3,1 milyon dollar olduğunu nəzərə alanda, bu il 5 qat artım var.
İlqar Cəfərov isə ötən ilin eyni dövründə 3,3 milyon dollarlıq, bu il isə 14,8 milyon dollarlıq məhsul ixrac edib və ixracı 4,5 dəfə artırıb.
Azərbaycanda iki iş adamı hərəyə - 15 milyon dollarlıq mal ixrac edib