Azərbaycanda iki aqropark birləşir.
FED.az xəbər verir ki, “Xaçmaz Aqropark” MMC (VÖEN: 1405752781) fəaliyyətinə xitam verilərək “Yalama Aqropark” MMC-yə (VÖEN: 1303419081) qoşulduğunu və “Yalama Aqropark” MMC “Xaçmaz Aqropark” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.
Bildirək ki, “Xaçmaz Aqropark” MMC 19 noyabr 2021-ci ildə yaradılıb, 3 milyon 504 min 914 manat nizamanmə kapitalına malikdir. Qanuni təmsilçisi Rauf Mailov Afik oğludur.
“Yalama Aqropark” MMC 31 oktyabr 2013-cü ildə yaradılıb, 27 milyon 193 min 185 manat nizamanmə kapitalına malikdir. Qanuni təmsilçisi Rauf Mailov Afik oğludur.