Azərbaycanda idxalı artan və azalan malların siyahısı açıqlanıb. FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-iyul aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən bəzilərinin idxalı artıb, digərlərində isə azalma müşahidə edilib.
Xaricdən idxalı artan mallar (yanvar-iyul, 2018)
buğda - 17,1 faiz,
bitki yağları – 41,7 faiz,
təzə meyvə – 47,5 faiz,
çay – 6,3 faiz,
quş əti və onun əlavə məhsulları – 3,7 faiz,
qara metallardan borular – 2,0 dəfə,
minik avtomobilləri – 2,7 dəfə,
qara metallardan çubuqlar – 27,3 faiz,
mineral gübrələr – 77,0 faiz,
mebellər – 32,1 faiz,
hesablama maşınları, blok və qurğuları – 4,1 faiz,
rezin şinlər – 2,0 faiz,
polietilen – 60,0 faiz,
məişət kondisionerləri – 20,2 faiz,
yük avtomobilləri – 2,2 dəfə,
paltaryuyan maşınlar – 29,2 faiz,
sement və sement klinkerləri – 59,4 faiz,
məişət soyuducuları – 2,3 dəfə artmış,
Xaricdən idxalı azalan mallar (yanvar-iyul, 2018)
siqaret - 3,7 faiz,
xam şəkər və şəkər – 45,2 faiz,
kərə yağı, digər süd yağları və pastaları – 20,7 faiz,
kartof – 23,2 faiz,
mal əti – 21,0 faiz,
təzə tərəvəz – 46,3 faiz,
polad prokatı – 2,2 faiz,
qara metallardan künclüklər ¬– 7,3 faiz,
avtobuslar – 37,8 faiz.