Azərbaycanda qarşıdakı dövrdə ixrac-idxal əməliyyatları liberallaşacaq.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin «Bir Pəncərə» İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə koronavirusla bağlı biznesə veriləcək dövlət dəstəyi addımlarını şərh edərkən bildirib.
Hökumət biznesə dəstək üçün - Tədbirlər Planını Təsdiqlədi - TƏM MƏTN
Qeyd edək ki, Tədbirlər planına əsasən, Qeyri-neft məhsullarının ixracının artırılmasına və stimullaşdırılmasına yönəlmiş aşağıdakı istiqamətlərdə tədbirlərin görülməsi nəzərdə tutulur:
- qeyri-neft məhsullarının ixracına marağın artırılması məqsədilə beynəlxalq təcrübədə istifadə edilən malların ixrac qeydi ilə satışı (malların ixrac edilməməsi halında vergilərin ödənilməsinin bank qarantiyası və sair üsullarla təmin edilməsi şərtilə) mexanizminin Vergi Məcəlləsinə daxil edilməsi;
İş adamları dövlətin kredit dəstəyindən – NƏ QAZANACAQ? – HESABLAMA
- idxal olunan və yerli istehsalı olmayan xammal və ara mallardan asılı olan yerli istehsal sahələrinin rəqabət qabiliyyətinin artırılması məqsədilə müvafiq siyahı üzrə gömrük rüsumu güzəştlərinin tətbiqi;
- sahibkarlar tərəfindən daxildə xüsusi gömrük prosedurundan istifadənin stimullaşdırılması istiqamətində tədbirlərin görülməsi
- zəruri hesab edilən məhsullar üzrə idxal rüsumlarının müddətli olaraq “0” dərəcəyə endirilməsi (və ya azaldılması);
- zəruri hesab edilən məhsulların idxalı zamanı həyata keçirilən gömrük rəsmiləşdirilməsi, nəzarət və icazələrin (sertifikatların) verilməsi tədbirlərinin növbədənkənar (sürətləndirilmiş) tətbiq.
N.Hacızadə bildirib ki, sahibkarların ixraca marağını artırmaq üçün mümkün risklərdən sığortalanması və bank zəmanətlərinin verilməsi beynəlxalq təcrübədə geniş tətbiq edilir: «Bu istiqamətdə ixracın sığortalanması, faktorinq, akkretativlərin açılması və bank qarantiyalarının sığortalanması kimi ixrac-ticarət alətlərinin geniş tətbiqini əsas götürmək olar».
Nicat Hacızadə qeyd edib ki, yerli istehsalda istifadə olunan, lakin ölkəmizdə istehsalı olmayan xammal və ara mallarına gömrük rüsumu güzəştlərinin tətbiq edilməsi nəzərdə tutulur:
«Müvafiq malların seçilməsindən sonra tətbiq ediləcək güzəştlər yerli istehsalla məşğul olan sahibkarların istehsal həcmini artıracaq. Başqa sözlə, güzəştlər yerli məhsulun qiymət üstünlüyü artıracaq ki, bu da tələbi stimullaşdıracaq. Bu həm daxili tələbatı artıracaq ki, bu da iqtisadi fəallığın artmasına gətirəcək, həm də xarici bazarlara çıxmaq üçün ixracatçılara əlavə imkanlar yaradacaqdır».