Nazirlər Kabineti Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Tədbirlər Planını təsdiq edib.
Eləcə də bax: Azərbaycanda vergi stimulları dövlətə - 115 MİLYON MANATA BAŞA GƏLƏCƏK
FED.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulan icraçı orqan və qurumlar müvafiq tədbirlərin müəyyən olunmuş icra müddətində yerinə yetirilməsini təmin etmək və görülmüş işlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə mütəmadi olaraq məlumat vermək tapşırılıb.
“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı
TƏDBİRLƏR PLANI
Tədbirin adı |
Əhatə dairəsi, min nəfər |
Kompensasiya məbləği, mln.manat |
İcraçı |
İcra müddəti |
|
AR Prezidentinin Sərəncamı ilə ayrılan vəsait hesabına |
Digər mənbələr |
||||
I. İQTİSADİ ARTIMA VƏ SAHİBKARLIĞA DƏSTƏK |
|||||
A. YAXIN DÖVRDƏ PANDEMİYANIN ÖLKƏ İQTİSADİYYATINA MƏNFİ TƏSİRLƏRİNİN AZALDILMASI MƏQSƏDİLƏ TƏXİRƏSALINMAZ TƏDBİRLƏRİN HƏYATA KEÇİRİLMƏSİ |
|||||
İQTİSADİ QURUMLARIN FƏALİYYƏTİNİN FÖVQƏLADƏ KOORDİNASİYASI İSTİQAMƏTİNDƏ |
|
||||
1. Pandemiya səbəbindən yaranmış şəraitdə iqtisadi siyasət sahəsində təxirəsalınmaz qərarların vaxtında və çevik qəbul edilməsi üçün iqtisadiyyatda baş verən proseslərin operativ izlənilməsi və bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin mütəmadi məlumatlandırılması məqsədilə aidiyyəti dövlət qurumları və dövlət müəssisələri tərəfindən tələb olunan həcmdə məlumatların müvafiq elektron bazaya daxil edilməsi (İN tərəfindən təşkil ediləcək) və bu elektron bazaya bütün aidiyyəti qurumların çıxışının təmin olunması (siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmaqla) |
|
|
|
İşçi Qrupa sədrlik edən qurumlar |
2020-ci ilin aprel- dekabr ayları |
İŞ YERLƏRİNİN VƏ SOSİAL SABİTLİYİN QORUNMASI İSTİQAMƏTİNDƏ |
|||||
2. Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi (iş yerlərinin azaldılmaması məqsədilə) |
300 |
215 |
|
İN, MN |
2020-ci il ərzində |
3. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi (iş yerlərinin azaldılmaması məqsədilə - əsas meyar kimi 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş vergi ödəyicilərinə şamil edilməklə) |
300 |
80 |
|
İN, MN |
2020-ci il ərzində |
İQTİSADİYYATDA ŞƏFFAFLIĞIN ARTIRILMASI İSTİQAMƏTİNDƏ |
|||||
4. İqtisadi artımın və investisiyaların maliyyə mənbələrinin genişləndirilməsi məqsədilə ölkədə kapitalın və əmlakın amnistiyasının nəzərdən keçirilməsi |
|
|
|
İN MN AMB |
2020-ci ilin aprel - dekabr ayları |
İQTİSADİ FƏALLIĞIN QORUNMASINA VERGİ STİMULLARININ VERİLMƏSİ İSTİQAMƏTİNDƏ |
|||||
5. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) aşağıdakı vergi güzəştlərinin və tətillərinin verilməsi: |
|
115 |
|
İN, MN |
2020-ci ilin aprel ayı |
5.1. mikro sahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi üzrə müddətli güzəştin verilməsi; |
|||||
5.2. əmlak və torpaq vergisindən müddətli azadolmaların verilməsi; |
|||||
5.3. vergi ödəyicilərinə mənfəət (gəlir) vergisi və sadələşdirilmiş vergi üzrə müddətli güzəştlərin verilməsi; |
|||||
5.4. mənfəət (gəlir) və əmlak vergisi üzrə cari vergi ödəmələrindən müddətli azad edilməsi; |
|||||
5.5. mikro sahibkarlıq subyektləri üzrə hesabatların (gəlir, mənfəət, əmlak və sadələşdirilmiş vergi) verilməsi və vergilərin ödənilməsi müddətinin uzadılması; |
|||||
5.6. pandemiyanın mənfi təsir etdiyi iqtisadi fəaliyyət sahələri üzrə vergilərin ödənilməsi müddətinin uzadılması; |
|||||
5.7. əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının ƏDV-dən müddətli azad edilməsi; |
|||||
5.8. əhalinin ərzaq, tibb və digər zəruri məhsullara olan tələbatının qısa müddətdə ödənilməsi məqsədilə bəzi məhsul növlərinin istehsalı ilə bağlı xammal və materialların idxalının ƏDV-dən azad edilməsi; |
|||||
5.9. epidemiyanın qarşısının alınması və əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin gəlirdən çıxılması; |
|||||
5.10. icarə haqqından tutulan vergilər üzrə güzəştin verilməsi; |
|||||
5.11. ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının müəyyən müddətə təxirə |
salınması; |
|
|
|
|
|
5.12. bir sıra sahibkarlıq subyektlərinin sosial sığorta yükünün azaldılması |
|||||
İQTİSADİYYATA VƏ SAHİBKARLIĞA DÖVLƏTİN KREDİT-ZƏMANƏT DƏSTƏYİNİN VERİLMƏSİ İSTİQAMƏTİNDƏ |
|||||
6. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) veriləcək 0.5 mlrd. manat həcmində bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması: |
|
20 |
|
İN, MN, KTN |
2020-ci ilin aprel ayı |
6.1. Yeni verilən 500 milyon manat həcmində kreditlərin 60%-nə dövlət zəmanətinin verilməsi; |
|
|
|
||
6.2. Zəmanət verilən kreditlər üzrə faiz dərəcəsinin 50%-nin dövlət büdcəsi hesabına subsidiyalaşdırılması; |
|
|
|
||
6.3. Kreditlərin maksimal faiz dərəcəsi, müddəti, fəaliyyət sahələri üzrə əhatə dairəsi və digər meyarların 2 həftə ərzində hazırlanaraq təqdim olunması; |
|
|
|
||
6.4. Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aqrar sektorda girovsuz mikrokreditlərin verilməsi üzrə mexanizmin yaradılması |
|
|
|
||
7. Sahibkarlığın İnkişafı Fonduna əlavə vəsaitlərin ayrılması |
|
50 |
|
İN, MN |
2020-ci ilin aprel- may ayları |
8. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin (o cümlədən kiçik və orta sahibkarlığın) 2020-ci il 10 mart tarixinə 1 mlrd.manat həcmində mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması: |
|
|
50 |
İN |
2020-ci ilin aprel- may ayları |
8.1. 2020-ci il 10 mart tarixinə dövlət zəmanəti olmayan mövcud bank kreditlərinin faiz dərəcəsinin bir il üzrə 10%-in subsidiyalaşdırılması |
|
|
|
||
8.2. Kreditlərin müddəti, fəaliyyət sahələri üzrə əhatə dairəsi və digər meyarların 2 həftə ərzində hazırlanaraq təqdim olunması |
|
|
|
2020-ci ilin aprel ayı |
|
9. Güzəştli ipoteka kreditləri üçün ayrılan vəsaitlərin həcminin artırılması |
|
90 |
|
MN |
2020-ci ilin aprel ayı |
10. Həyati vacib sərnişindaşıma sahəsinə maliyyə dəstəyinin verilməsi |
|
280 |
|
MN |
2020-ci il ərzində |
|
İQTİSADİYYATIN VƏ SAHİBKARLARIN GÜZƏŞTLİ ŞƏRTLƏRLƏ KREDİT RESURSLARINA ÇIXIŞ İMKANLARININ GENİŞLƏNDİRİLMƏSİ İSTİQAMƏTİNDƏ |
|||||
11. Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstəkləyən və dövlət tərəfindən yaradılmış bütün maliyyə və təşviq institutları və fondlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Koordinasiya Şurasının yaradılması |
|
|
|
NK |
2020-ci il ərzində |
12. Dövlət tərəfindən yaradılmış maliyyə və təşviq institutları və fondlarının fəaliyyəti sahəsində aşağıdakı istiqamətlərdə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi: |
|
|
|
İN, MN, AMB |
2020-ci il ərzində |
12.1. sahibkarlığın İnkişafı Fondunun maliyyələşdirmə alətlərinin genişləndirilməsi, o cümlədən daşınar əmlakın girovu əsasında kreditlərin verilməsi, zəruri tibbi ləvazimat və avadanlıqların istehsalçılarına güzəştli kreditlərin ayrılması, uzunmüddətli investisiya tələb edən sahələr üzrə kiçik və orta həcmli kreditlər üçün kredit müddətinin artırılması |
|
|
|
||
12.2. İpoteka və Kredit Zəmanət Fondu tərəfindən kredit faizlərinin subsidiyalaşdırılması və kredit zəmanəti alətlərinin təkmilləşdirilməsi, o cümlədən bir kredit üzrə zəmanətin kreditə nisbətinin yuxarı həddinin artırılması, zəmanət üzrə xidmət haqlarının, müvafiq cərimələrin və digər məhdudiyyətlərin ləğv edilməsi, faiz subsidiyası verilən kreditlərin illik faiz dərəcəsinin azaldılması, zəmanət ödənişlərinə həddin artırılması və zəmanətlərə tətbiq olunan komissiyaların azaldılması |
|
|
|
İKZF, MN, İN |
|
PANDEMİYANIN MƏNFİ TƏSİR ETDİYİ FƏALİYYƏT SAHƏLƏRİNDƏ ƏLAVƏ DƏSTƏK TƏDBİRLƏRİNİN HƏYATA KEÇİRİLMƏSİ İSTİQAMƏTİNDƏ |
|||||
13. Dövlət əmlakını icarəyə götürmüş və pandemiya nəticəsində zərər çəkmiş sahibkarlıq subyektlərindən (o cümlədən kiçik və orta sahibkarlardan) icarə haqqının 2020-ci ilin sonunadək hesablanmaması |
|
|
|
İN, MN |
2020-ci ilin aprel- may ayları |
14. Dövlət torpaq fonduna aid torpaq sahələrini icarəyə götürmüş və pandemiya nəticəsində zərər çəkmiş sahibkarlar (o cümlədən kiçik və orta sahibkarlar) tərəfindən ödənilən icarə haqlarının 2020-ci ilin sonunadək hesablanmaması |
|
|
|
İN, MN |
2020-ci ilin aprel- may ayları |
15. Sənaye məhəllələrində pandemiyanın mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən rezidentlərin icarə haqlarının 2020-ci ilin sonunadək hesablanmaması |
|
|
|
İN, MN |
2020-ci ilin aprel- may |
|
1.2. dağ-mədən sənayesi; |
|
|
|
|
|
1.3. neft-kimya sənayesi; |
|
|
|
||
1.4. rəqəmsal iqtisadiyyat; |
|
|
|
||
1.5. nəqliyyat, ticarət və logistika; |
|
|
|
||
1.6. telekommunikasiya; |
|
|
|
||
1.7. kənd təsərrüfatı və emal sənayesi; |
|
|
|
||
1.8. daxili turizm. |
|
|
|
||
2. Dövlət əmlakının idarə olunması sisteminin təkmilləşdirilməsi, o cümlədən dövlət şirkətlərinə münasibətdə dövlətin maraqlı tərəf (investor) qismində çıxış etməsi məqsədilə aşağıdakı islahatların həyata keçirilməsinə dair təkliflərin hazırlanması: |
|
|
|
İN, MN |
2020-ci il ərzində |
2.1. Dövlət adından şirkətlərin vahid mərkəzdən idarə olunması, onların fəaliyyətinin, o cümlədən investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin təmin olunması üçün Dövlət İnvestisiya Holdinqinin yaradılması; |
|
|
|
||
2.2. Dövlət İnvestisiya Holdinqinin fəaliyyəti çərçivəsində dövlət şirkətlərində idarəetmənin təkmilləşdirilməsi, korporativ standartların tətbiqi və maliyyə şəffaflığının təmin olunması; |
|
|
|
||
2.3. Dövlət mülkiyyətli müəssisələr üzrə özəlləşdirmə proqramının hazırlanması |
|
|
|
||
3. Tikinti sektorunda strateji layihələrin işlənməsi və həyata keçirilməsinin yeni mexanimzinin yaradılması məqsədilə şəhərlərin və regionların inkişafının sürətləndirilməsi üçün Azərbaycan İnşaat Korporasiyasının yaradılması və korporasiya tərəfindən aşağıdakı fəaliyyətin həyata keçirilməsinə dair təkliflərin hazırlanması: |
|
|
|
İN, MN |
2020-ci il ərzində |
3.1. strateji layihələr portfelinin uzunmüddətli idarə olunması, yeni layihələrin işlənməsi; |
|
|
|
||
3.2. bu layihələrin maliyyələşməsinə investorların cəlb edilməsi; |
|
|
|
||
3.3. dövlət tərəfindən yeni tikinti layihələri üçün yerlərin ayrılması və zəruri infrastrukturun yaradılması; |
|
|
|
||
3.4. multi-funksional tikintini təmin edən pilot layihənin həyata keçirilməsi. |
|
|
|
||
4. Özəl-dövlət tərəfdaşlığının genişlənməsinə əlverişli zəmin yaratmaq üçün müvafiq qanunvericilikdə dəyişikliklərin edilməsi |
|
|
|
İN |
2020-ci il ərzində |
|
II. MƏŞĞULLUQ VƏ SOSİAL RİFAHA DƏSTƏK |
|||||
DÖVLƏT SEKTORU ÜZRƏ İŞÇİLƏRİN İŞSİZLİK RİSKİNDƏN QORUNMASI VƏ SOSİAL MÜDAFİƏSİ İSTİQAMƏTİNDƏ |
|||||
1. Dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması |
910 |
|
|
ƏƏSMN |
2020-ci ilin aprel- may ayları |
QEYRİ-DÖVLƏT SEKTORU ÜZRƏ MUZDLU İŞÇİLƏRİN İŞSİZLİK RİSKİNDƏN QORUNMASI VƏ SOSİAL MÜDAFİƏSİ İSTİQAMƏTİNDƏ |
|||||
2. Qeyri-dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılması, ixtisarına yol verilməməsi məqsədilə işəgötürənlərlə bağlı qanunvericiliyə uyğun iş aparılması və gündəlik nəzarətin təmin edilməsi |
664 |
|
|
ƏƏSMN |
2020-ci ilin aprel- may ayları |
İŞSİZ VƏ İŞDƏN AZAD OLUNMUŞ ŞƏXSLƏRİN MƏŞĞULLUĞU VƏ SOSİAL MÜDAFİƏSİ İSTİQAMƏTİNDƏ |
|||||
3. 50 min haqqı ödənilən ictimai iş yerinin yaradılması vasitəsilə işsiz şəxslərin müvəqqəti məşğulluğunun təmin edilməsi |
50 |
30 (2 aylıq) |
|
ƏƏSMN |
2020-ci ilin aprel- may ayları |
4. Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi |
200 |
70 (2 aylıq) |
|
ƏƏSMN |
2020-ci ilin aprel- may ayları |
5. İşsizlikdən Sığorta Fondu, BMT İnkişaf Proqramı və Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsi |
11 |
|
70 (İSF) |
ƏƏSMN |
2020-ci ilin aprel- dekabr ayları |
6. İşsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi və proaktiv təyinat mexanizminin yaradılması |
20 |
|
20 (İSF) |
ƏƏSMN |
2020-ci ilin aprel- dekabr ayları |
7. İşsizlikdən sığorta ödənişi bitmiş, lakin işlə təmin olunmamış şəxslərə və peşə hazırlığı kurslarında fasilə yaranmış müdavimlərinə xüsusi karantin rejimi dövründə sığorta ödənişinin və təqaüdlərin davam etdirilməsi, əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramının təkmilləşdirilməsi |
2 |
|
0.6 (İSF) |
ƏƏSMN |
2020-ci ilin aprel- may ayları |
ƏHALİNİN XÜSUSİ HƏSSAS TƏBƏQƏSİNDƏN OLAN ŞƏXSLƏRİN SOSİAL MÜDAFİƏSİNİN GÜCLƏNDİRİLMƏSİ İSTİQAMƏTİNDƏ |
|||||
8. Sosial sığorta haqlarının azalması şəraitində kəsirinin bağlanması və əhaliyə sosial ödənişlərin (pensiya və müavinətlər) davamlılığının təmin edilməsi məqsədilə |
|
|
200 (DSMF) |
ƏƏSMN |
2020-ci ilin aprel- |
Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 mln manat ehtiyatının istifadə olunması |
|
|
|
|
dekabr ayları |
9. Ünvanlı dövlət sosial yardımı xüsusi karantin rejimi dövründə bitən ailələrə (şəxslərə) yardımın verilməsinin xüsusi karantin rejimi bitənədək davam etdirilməsi və bu dövrdə ünvanlı dövlət sosial yardımının təyinatının sadələşdirilməsi |
62 |
|
3 (DSMF) |
ƏƏSMN |
2020-ci ilin aprel- may ayları |
10. Yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi |
14 |
|
|
ƏƏSMN |
2020-ci ilin aprel- may ayları |
11. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi |
|
40 |
|
TN, MN |
2020-ci il ərzində |
12. Əhaliyə güzəştli işıq limitinin aprel-may aylarında 100 kvts. həcmində artırılması |
|
10 |
|
İN, MN |
2020-ci ilin aprel- may ayları |
III. MAKROİQTİSADİ VƏ MALİYYƏ SABİTLİYİ |
|||||
1. Yeni iqtisadi reallıqları özündə əks etdirən makroiqtisadi siyasət çərçivəsinin hazırlanması |
|
|
|
AMB, MN, İN |
2020-ci ilin aprel ayı |
2. Monetar situasiyadan asılı olaraq sterilizasiya portfelinin həcminin genişləndirilməsi |
|
|
|
AMB |
2020-ci il ərzində |
3. Karantin rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi |
|
|
|
AMB |
2020-ci ilin aprel ayı |
4. Kapitalın hərəkəti və valyuta rejiminin effektivliyinin artırılması istiqamətlərində kompleks tədbirlərin görülməsi və nəzarətin gücləndirilməsi |
|
|
|
AMB |
2020-ci il ərzində |
Qeyd. NK – Nazirlər Kabineti; İN – İqtisadiyyat Nazirliyi; MN – Maliyyə Nazirliyi; ƏƏSMN – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; TN – Təhsil Nazirliyi; KTN – Kənd Təsərrüfatı Nazirliyi, AMB – Azərbaycan Mərkəzi Bankı; DGK – Dövlət Gömrük Komitəsi; İKZF – İpoteka və Kredit Zəmanət Fondu; DSMF – Dövlət Sosial Müdafiə Fondu, İSF – İşsizlikdən Sığorta Fondu