Azərbaycan holdinqi bağlanır.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “Oxbridge Təhsil Holdinqi” MMC ləğv olunduğunu elan edir.
Eləcə də bax: Azərbaycan holdinqi - REBRENDİNQ ETDİ - FOTO
Kreditorlar iki ay ərzində tələblərini AZ1048 Bakı şəhəri, Suraxanı rayonu, Vüqar Quliyev (Qaraçuxur qəs.) küçəsi, ev 204, mənzil 4 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, holdinq şirkəti 2016-cı ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Nailə Rzayevadır.