İqtisadiyyat naziri Şahin MustafayevHindistanın Azərbaycanda diplomatik missiyasını başa vuran səfiri Sanjay Rana ilə görüşüb.
FED.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, görüşdə azərbaycanlı nazir ölkədə 170-ə yaxın Hindistan kapitallı şirkətin fəaliyyət göstərdiyini qeyd edib, hindistanlı iş adamlarını Azərbaycanda sənayenin inkişafı üçün yaradılmış şəraitdən yararlanmağa, birgə müəssisələr təşkil etməyə dəvət edib.