Azərbaycanda təkcə sosial sahibkarlığın dayanıqlı inkişafı üçün deyil, həm də kiçik və orta biznesin möhkəmlənməsi üçün himayəçi biznes assosiasiyaların yaradılması lazımdır.
FED.az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədr müavini Nadir Adilov Bakıda keçirilən Qadın Sosial Sahibkarlıq Forumunda deyib.
Onun sözlərinə görə, vətəndaş cəmiyyəti və təşkilatlar ölkədə sosial sahibkarlığın inkişafında əsas rol oynayır:
“Dövlət biznes mühitinin inkişafı üçün bütün şərtləri yaratmaqla öz missiyasını yerinə yetirdi. İndi isə biznes sektorunda təkcə sosial sahibkarlığın dayanıqlı inkişafı üçün deyil, həm də kiçik və orta biznesin möhkəmlənməsi üçün himayəçi biznes assosiasiyaların yaradılması lazımdır”.
Eləcə də bax: “Pul varsa, bilik yoxdursa, əlində olanı da itirəcəksən” - MÜSAHİBƏ