Gələn ildən Azərbaycanda heyvan ətinin satışı 4 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək.
FED.az xəbər verir ki, bu məsələ “Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Eləcə də bax: Bu malların satışı ƏDV-dən - AZAD EDİLİR
Amma vergi güzəşti kəsilmiş və dondurulmuş heyvan ətləri istisna olmaqla, emala göndərilən ətə aid deyil.
Bundan başqa, sənəddə quş ətinin satışının ƏDV-dən azad edilməsi ilə bağlı 2017-ci ildən tətbiq edilən qaydanın müddətinin 2023-cü ilin sonuna qədər uzadılması təklif olunur.
Report