Azərbaycanda koronavirus hadisələrindən sonra normal vaxtlardan çox alış-veriş edən əhalinin sayı məlum olub.
Eləcə də bax: Karantin menyusu necə olmalıdır? - ARAQDAN UZAQ OLUN! - ÜST-dən AÇIQLAMA
FED.az xəbər verir ki, bu «Business Insinght Azerbaijan» şirkətinin «Karantin dövründə insanların davranışları» araşdırmasında bildiridir.
Hesabatdan aydın olur ki, Koronavirusun yayılması səbəbi ilə istehlakçı ehtiyaclarının və davranışlarının gündən-günə dəyişməsi istehsalçılar və xüsusilə də marketoloqlar üçün yeni problemlər yaradır. Araşdırma göstərir ki, Azərbaycan da bu qlobal tendensiyadan geri qalmır və mövcud vəziyyət Azərbaycan istehlakçısının da vərdişlərinə təsir edir. Belə ki, qrafikdən də göründüyü kimi sorğuya cəlb olunanların (2620 respondent) 21%-i alış-veriş vərdişlərini dəyişdirdiyini və bu günlərdə daha çox alış-veriş etdiyini etiraf edib.
Bakı və regionlar üzrə analiz etdikdə isə məlum olur ki, məlum hadisələr şəhər əhalisinin, xüsusən də paytaxt sakinlərinin alış-veriş vərdişlərinə daha çox təsir edib. Belə ki, Bakıda yaşayanların 25%-i «Koronavirus hadisələrindən sonra normal vaxtlardan çox alış-veriş etdiyini» qeyd edibsə (qalan 75% bu suala xeyr cavabı verib), regionlar üzrə bu göstərici cəmi 19%-dir (qalan 81% bu suala “Xeyr” cavabı verib). Regionlar içərisində Gəncə-Qazax iqtisadi zonasının digər iqtisadi zonalara nisbətdə daha çox təsirləndiyi müşahidə olunur (Bəli 24%; Xeyr 76%).
“Karantin dövründə insanların davranışları” sorğusu Bakı və ölkənin 40 regionunda ümumilikdə 2620 respondent arasında aparılıb. Respondentlər 50/50 qadın-kişi olub, orta. Sorğuda iştirak edənlər 17-70 yaşa aralığında olan insanlar təşkil edib, orta yaş 39-dur.