Azərbaycanda bir neçə il əvvəl yaradılmış hazır biznes satışa çıxarılıb. FED.az xəbər verir ki, "Balıq və balıq məhsullarının istehsalı”müəssisəsi 2,3 milyon manatdan başlayan qiymətlə satışa çıxarılıb. Elan müəllifi bildirir ki, müəssisənin Almaniya istehsalı olan vakkuum qablaşdırma və preserv avadanlıqları, qablaşdırma xətti, 100 tonluq iri soyuducu konteynerləri var. İstehsal gücü illik 500 tondur. Müəssisənin əlavə olaraq "Təchizat", "İstehsal" və "Satış" üzrə gələcək 7 illik maliyyə modeli də var.
ELƏCƏ DƏ BAX: Bakıda ilk biznes mərkəzinin sahibi: «Risksiz biznes olmur»
Hazırda şirkətin məhsulları qabaqcıl mağazalar şəbəkəsində satışdadır (Bravo, Bazarstore, Rahat, Neptun, Armo, Ailə, Bigstore, Sərfəli və s.).
Elan müəllifi müəssisənin bu sahədə fəaliyyət göstərən digər şirkətlərdən üstün olduğunu iddia edir.
Digər müəssisələrdən əsas fərqlər bunlardır:
1.İlk milli tanınmış brendlər
2.İxrac üçün üstünlüklər
3.Uzunmüddətli fəaliyyət
4.Məhsullara xas fərqli dadın davamlı qorunması və keyfiyyətli xammal alışı
5.Fərqli istehsal və qablaşma
6.Gündən-günə artan bazar payı
7.Tanınmış mağaza və mağazalar şəbəkəsində məhsulların yerləşdirilməsi
8.Operativ və çevik istehsal komandası
9.Təchizat və satış üzrə böyük təcrübə,müştəri məmnuniyyətinin qorunması
10.Yeni məhsullar üzərində işlərin davamlı aparılması
Müəssisə iki qiymətə satılır.
1.Hazır biznes - 2 300 000 AZN
2.Hazır biznes+40 sot torpaq – 2 700 000 AZN
Azərbaycanda hazır biznes satılır – 2,7 MİLYON MANAT
10:22
12 Dek 2018